Azərbaycanın Tacikistandakı səfiri baş nazirin birinci müavini ilə görüşüb - FOTO

Azərbaycanın Tacikistandakı səfiri baş nazirin birinci müavini ilə görüşüb - <span style="color: red;">FOTO
# 21 yanvar 2014 16:39 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin baş nazirinin birinci müavini Davlatali Saidovla görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran bütün sahələrə, xüsusilə kənd təsərrüfatı, nəqliyyat, dağ-mədən sənayesi, neft emalı sənayesi, hidroenergetika və s.-ə dair ikitərəfli münasibətlərin inkişafının geniş sahəsi müzakirə olunub.

A.Həsənov qeyd edib ki, iki ölkənin dövlət başçıları arasında çox güclü dostluq münasibətləri mövcuddur və bu dostluqdan, ölkələrimizin böyük potensialından istifadə etməklə dostluq əlaqələrini xalqların mənafeyinə uyğun daha da genişləndirmək və dərinləşdirmək mümkündür. O, ikitərəfli münasibətləri inkişaf etdirmək üçün Bakı-Düşənbə birbaşa hava əlaqəsinin bərpasının vacibliyini qeyd edib.

D.Saidov iki ölkə arasında imzalanmış sənədlərin həyata keçirilməsinin aktuallığını vurğulayıb, neft emalı, dağ-mədən sənayesi kimi vacib sahələrdə böyük təcrübəsi və maliyyə imkanları olan Azərbaycan şirkətləri tərəfindən Tacikistan iqtisadiyyatına investisiya qoyulması perspektivləri barədə məlumat verib.

Səfir A.Həsənov öz növbəsində həmsöhbətini Azərbaycanda istehsal olunan sənaye, ərzaq malları kimi keyfiyyətli və rəqabətə davamlı məhsullar barədə məlumatlandırıb.

Görüşün sonunda səfir A.Həsənov D.Saidova 1990-cı ilin 20 Yanvar hadisələri ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR