Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək - VİDEO

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək - <span style="color: red;">VİDEO
# 27 sentyabr 2013 10:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 2015-ci ildən etibarən Azərbaycanın orta məktəblərində TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Onun sözlərinə görə, müəyyən fənlər əvvəldən elan ediləcək və şagirdlərin onlardan 2-3-nü seçmək imkanı olacaq: “Bununla da, şagirdlər 4-5 fəndən-imtahan verəcəklər. Bunlardan 2-si əvvəldən TQDK-nın müəyyənləşdirdiyi Ana dili və Riyaziyyat olacaq, digər 2 və ya 3 fənni isə şagirdlər özləri seçəcək. Seçiləcək fənlərə “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Biologiya”, “Kimya”, “Fizika”, xarici dil daxil ediləcək. Artıq hüquqi müstəvidə fənlərin artırılması həll olunub”.

TQDK sədri qeyd edib ki, gələn ildən etibarən ediləcək daha bir yeniliyə əsasən, 2014-cü ilin 9-cu sinif məzunları buraxılış imtahanlarının nəticələrinə görə? istəsələr 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olunacaqlar. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR