Məleykə Abbaszadə: “Qəbul imtahanlarında köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib”

Məleykə Abbaszadə: “Qəbul imtahanlarında köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib”
# 24 yanvar 2014 08:57 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimində deyib. O bildirib ki, ötən il keçirilmiş qəbul imtahanlarına 6105 müəllim cəlb olunub. M. Abbaszadənin sözlərinə görə, onların fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə, 574 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib: “Köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib. İndiyə kimi TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə fərqlənən 1 571 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 222 müəllim fəxri fərmanla təltif edilib”.

TQDK sədri qeyd edib ki, 2013-2014-cü tədris ili üzrə qəbul imtahanlarında 620 mindən çox insan imtahandan keçirilib. Onun sözlərinə görə, bunu idarə etmək üçün yalnız 100 nəfər TQDK-nın mərkəzi aparatı və 26 nəfər regional bölmənin işçiləri bu işin öhdəsindən gələ bilməzdilər: “Bu kütləvi prosesi həyata keçirmək üçün müəyyən idarəetmə üsulu qurulub. İmtahan prosesini yalnız TQDK deyil, ictimaiyyət idarə etdir. Ölkədə tətbiq edilən dövlət ictimai idarəetmə üsulu vasitəsilə imtahanı idarə edən, normal əhval-ruhiyyə yaradan, abituriyentə diqqətlə yanaşanlar əsasən nəzarətçi müəllimlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR