Azərbaycanda aktiv olan palçıq vulkanlarında monitorinq aparılacaq

Azərbaycanda aktiv olan palçıq vulkanlarında monitorinq aparılacaq
# 19 sentyabr 2013 10:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda mövcud olan palçıq vulkanlarının monitorinqinin aparılması nəzərdə tutulur. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev deyib. Hazırda bununla bağlı danışıqların getdiyini deyən A.Əliyev bildirib ki, çox güman ki, məsələ öz həllini tapacaq və palçıq vulkanlarında monitorinq, müşahidələr aparılacaq: “Akademiya tərəfindən təklif verilib və maliyyə məsələləri həll olunmalıdır. Dövlət tərəfindən maliyyə ayrıldıqda monitorinqlərə başlanacaq. Bu zaman aktiv fəaliyyətdə olan bir neçə palçıq vulkanında monitorinq aparılacaq ki, qabaqcadan püskürmənin baş verməsi planlaşdırılsın və onun aktivləşməsi barədə müəyyən fikir söyləmək mümkün olsun. Hazırda aktiv vulkanlar daha çox Abşeron və Qobustandadır. Bütün vulkanlarda monitorinq aparmaq olmaz. Ona görə də ilkin olaraq aktiv olan bir neçə vulkanda monitorinqlər aparılacaq. Bunun nəticəsində də gündəlik vulkanda hansı hadisələr baş verməsi, necə dəyişikliklər olması izlənəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR