Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb
# 19 sentyabr 2013 13:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü ilin yanvar-avqust ayları üzrə 1,37 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2013-cü ilin yanvar-iyul aylarının analoji göstəricisindən 0,01 bəndi çoxdur:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Bu nisbət əsas iki xərc ödənildikdən sonra əhalinin sərəncamında qalan gəlirlərin hissəsini göstərir.

Yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi 12,208 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 3,856 mlrd. manat, əhalinin məcmu gəliri isə 22,033 mlrd. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 5,969 mlrd. manat və ya 37,2% üstələyib. Eyni zamanda, bu göstəricinin ümumi gəlirlərdə xüsusi çəkisi 27,1% təşkil edib.

Cədvəldən göründüyü kimi, son illərin ilk iki ayı istisna olmaqla, əhalinin alıcılıq qabiliyyəti şərti olaraq 30-50% arasında olur. Eyni zamanda, əhalinin əsas xərclər istiqamətləri olan pərakəndə ticarət və xidmətlərin ödənilməsində daimi artımı (9,4% və 6,8%) vurğulasaq aydın olur ki, bu fonda əhalinin sərəncamında qalan vəsaitlərin həmin xərclərin təxminən 40%-ni təşkil etməsi makroiqtisadi və sosial rifahın yaxşılaşması baxımından birmənalı olaraq müsbət göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR