Təhsil Nazirliyi son günlər ibtidai siniflərdə yaranan problemlərə aydınlıq gətirib

Təhsil Nazirliyi son günlər ibtidai siniflərdə yaranan problemlərə aydınlıq gətirib
# 21 sentyabr 2013 07:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi son günlər ölkə məktəblərinin ibtidai siniflərində yaranan problemli məsələlərə aydınlıq gətirib.

Problemli məsələ ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərslərinin ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilməsi ilə bağlıdır. Həmin fənlər üzrə dərslər ibtidai sinif müəllimləri tərəfindən tədris edildiyi halda, fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərslərini deyən fənn müəllimlərinin dərs keçmək üçün müəyyən saatları olmur. Belə olduğu halda ibtidai sinif müəlliminin razılığı əsasında digər müvafiq ixtisas müəllimlərinin necə işləməsi və bu sistemin məktəblərdə necə tənzimlənməsi ilə bağlı məsələyə Təhsil Nazirliyi münasibət bildirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, həmin fənlər ibtidai sinif müəlliminin razılığı əsasında digər müvafiq ixtisas müəllimlərinə verilə bilər.

Qeyd edək ki, Azərbaycanda dərs bölgüsü aparılarkən ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR