Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər
# 17 sentyabr 2013 06:51 (UTC +04:00)

Bakı - APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Ağdam rayonunun Şıxlar, Nəmirli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz kəndləri yaxınlığında, Göygöl və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR