Qara Dəniz Ticarət və İnkişaf Bankı daha bir Azərbaycan bankına kredit ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı daha bir Azərbaycan bankına kredit ayırıb
# 07 noyabr 2013 13:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC Qara Dəniz Ticarət və İnkişaf Bankından maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma imzalayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müqaviləyə əsasən, Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən «Dəmirbank»a 10 mln. ABŞ dolları məbləğində kredit ayrılacaq.

«Dəmirbank» Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə 2006-cı ildən əməkdaşlıq edir. Bu, tərəflər arasında bağlanılan artıq 4-cü müqavilədir. Beş il müddətinə imzalanan bu müqavilə üzrə ayrılacaq vəsaitlər Azərbaycanda sahibkarlığın müxtəlif sahələrinə mikro, kiçik və orta həcmli biznes kreditlərinin verilməsinə yönəldiləcək.

«Dəmirbank» kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniya-Azərbaycan Fondu, DEG İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR