Azərbaycanda «Renault» avtomobilinin yeni modelinin satışına başlanılıb

Azərbaycanda «Renault» avtomobilinin yeni modelinin satışına başlanılıb
# 08 noyabr 2013 07:49 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda yeni «Renault Logan MCV» avtomobil modelinin satışına start verilib. Yeni universalın satış qiyməti komplektasiyadan asılı olaraq 13 900 manat və 14 400 manat təşkil edir.

«APA-Economics»in məlumatına görə, yeni «Renault Logan» Azərbaycan yollarına tam uyğunlaşdırılıb və «Base» və «Expression» komplektasiyalarında, həcmi 1,6 litr təşkil edən (80 at gücü) iki növ benzin mühərriki ilə təklif olunur.

Yük bölməsi çıxarılıb taxılan yuxarı pərdə ilə təchiz olunub. Avtomobilin arxa oturacaqları 1/3 və 2/3 nisbətində yığılır və nəticədə yük bölməsinin həcmi 573 litrdən 1 518 litrədək böyüyür.

«Logan MCV» komplektasiyadan asılı olaraq ABS əyləc sistemi, 4 təhlükəsizlik yastığı (ikisi öndə, ikisi ön yan tərəflərdə), arxa oturacaqlarda «ISOFIX» sistemi və arxa parktronik sistemi ilə təchiz olunub.

Azərbaycan bazarında yeni «Renault Logan MCV» müştərilərə 3 il və ya 100 min km zəmanətlə təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR