Azərbaycana 1 800 baş damazlıq düyə gətiriləcək

Azərbaycana 1 800 baş damazlıq düyə gətiriləcək
# 09 sentyabr 2013 09:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu il Azərbaycana xarici ölkələrdən yeni damazlıq düyələr gətiriləcək. Kənd Təsərrüfatı Nazirliyi Macarıstan və Fransadan 1 800 baş heyvan gətirməyi planlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında Nazirliyin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Şöbə müdirinin sözlərinə görə, artıq sentyabrın sonundan başlayaraq 1 800 baş damazlıq düyənin ölkəyə gətirilməsinə başlanılacaq.

Ç.Fərəcov əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi heyvanları gətirəndə sağlamlıq haqqında baytarlıq xidmətindən arayış alır.

Qeyd edək ki, Azərbaycana Fransa və Macarıstanla yanaşı, Avstriya və Almaniyadan da damazlıq heyvanlar gətirilir. Hazırda ölkədə 2 mln. başdan artıq heyvan var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR