İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib

İran  və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib
# 15 mart 2014 01:02 (UTC +04:00)

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, görüş Van gölünün kənarında baş tutub.

Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlu iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, martın 14-də Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli toplantısı keçirilib. Toplantıda iqtisadi və siyasi vəziyyət, regional və qlobal məsələlər, ümumilikdə Cənubi Qafqaz və Orta Şərqdəki durum, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Ukraynadakı mövcud vəziyyət əsas müzakirə mövzularından olub.

Eyni zamanda Azərbaycanın ərazi bütövlü, NATO-nun regiondakı fəallığı, həmçinin Kipr problemi və İran və “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələrindəki son durumla bağlı fikir mübadiləsi aparılıb. Sonda yekun bəyannamə qəbul olunub. Daha sonra hər üç ölkənin xarici işlər naziri Van gölünün kənarında gəzintiyə çıxıblar.

Xatırladaq ki, bu formatda ilk görüş 2011-ci il aprelin 16-da İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə 2012-ci il martın 7-də Azərbaycanın Naxçıvan şəhərində baş tutub. Növbəti görüşün İranda keçirilməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR