Naxçıvanda Türkiyə şəhərlərinin turizm potensiallarının və qış idman növlərinin tanıdılması məqsədilə təqdimat təşkil olunacaq

Naxçıvanda Türkiyə şəhərlərinin turizm potensiallarının və qış idman növlərinin tanıdılması məqsədilə təqdimat təşkil olunacaq
# 07 sentyabr 2013 16:45 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyədə fəaliyyət göstərən Kuzeydoğu Anadolu Kalkınma Ajansı (KUDAKA) tərəfindən sentyabrın 10-da Naxçıvanda Ərzurum, Ərzincan, Bayburt şəhərlərinin turizm potensiallarının və qış idman növlərinin tanıdılması məqsədilə təqdimat təşkil olunacaq. Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Türkiyənin adı çəkilən bölgələrinin qış idman növlərinin Naxçıvanda tanıdılması məqsədilə keçirilən konfransda KUDAKA-nın təqdimat, marketinq və markalaşma komitəsi üzvləri, Türkiyənin Naxçıvan Baş Konsulluğu, Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşaviri, Naxçıvanda fəaliyyət göstərən media işçiləri və əlaqədar təşkilat quruluş nümayəndələrinin iştirak edəcək.

Təqdimat “Ərzurum, Ərzincan, Bayburt təqdimat təşkilatı” adı altında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR