Lerikdə yenidən torpaq sürüşməsi təhlükəsi yaranıb - VİDEO

Lerikdə yenidən torpaq sürüşməsi təhlükəsi yaranıb - <span style="color: red;">VİDEO
# 27 oktyabr 2013 08:55 (UTC +04:00)

APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Livədirgə kəndində bir neçə fərdi yaşayış evinin yerləşdiyi ərazidə baş verən torpaq uçqunu yerli sakinləri vahiməyə salıb. Ən təhlükəli vəziyyət kənd sakini Famil İsayevə məxsus fərdi evin ərazisində müşahidə olunub. Sürüşən torpaq qatı evi əhatə etdiyindən ailənin 3 nəfərlik üzvü qohumlarının evinə köçürülüb.

Artıq yerli icra strukturlarının nümayəndələri əraziyə baxış keçiriblər və müvafiq qurumlara məlumat verilib.

Qeyd edək ki, Livədirgə kəndindəki sürüşmə zonasının əhatə dairəsi yarım hektar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR