Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 13:14 (UTC +04:00)
APA-nın məlumatına görə, Saday Abdullayev Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri müvafiq əmr imzalayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumatı APA-ya təsdiqləyib. Onun sözlərinə görə, Saday Muraday oğlu Abdullayev 1975-ci ildən müxtəlif səhiyyə müəssisələrində həkim kimi fəaliyyət göstərib. Son 8 ilə yaxın dövr ərzində əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində baş məsləhətçi, sonralar isə şöbənin müdir müavini-tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, bir qədər öncə ƏƏSMN-nin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR