Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinin xüsusi nümayəndəsi ilə görüşüb
# 20 noyabr 2013 08:27 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Böyük Britaniya baş nazirinin xüsusi nümayəndəsi Çarlz Henri ilə görüşüb. APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb. Tərəflər ölkələr arasında ticarət-iqtisadi əlaqələrin sonrakı inkişafı və ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı digər məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR