Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub
# 12 aprel 2014 00:10 (UTC +04:00)

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri Neft daşları yaxınlığına təsadüf edib.

3.2 bal gücündə olan zəlzələ aprelin 12-də Bakı vaxtı ilə saat 02:28-də yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Neft daşlarından 86 km, Çilovdan 86 km və Zirədən 104 km uzaqlıqda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR