Atəşkəs rejimi sutka ərzində 22 dəfə pozulub - VİDEO

Atəşkəs rejimi sutka ərzində 22 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 16 iyun 2014 06:57 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

İşğalçılar Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərinə atəş açıblar.

Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR