«Unibank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub

«Unibank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 10 dekabr 2013 13:09 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Unibank» ASC-nin müştəriləri artıq Türkiyənin istənilən nöqtəsinə və sərfəli tariflərlə birbaşa pul köçürə biləcək. Bankın qoşulduğu UPT (Universal Payment Transfer) sistemi Türkiyədə 14 mindən çox xidmət nöqtəsi ilə sürətli, ucuz, etibarlı və son dərəcə asan pulköçürmə əməliyyatlarını reallaşdırmağa imkan verir.

Bankdan «APA-Economics»ə bildirilib ki, bununla da bankın qoşulduğu təcili pulköçürmə sistemlərinin sayı 12-yə çatıb. Bundan öncə bank «Contact», «Western Union», «Faster», «Xpress Money», «Migom», «Lider», «Zolotaya Korona», «Blizko», «Coinstar», «PrivatMoney» və yerli «Monex» təcili pulköçürmə sistemləri üzrə də köçürmə əməliyyatlarını həyata keçirib.

Qeyd edək ki, bankın yeni və əvvəlki tərəfdaşı olan sistemlər 190-dan artıq ölkədə fəaliyyət göstərərək, ümumilikdə 500 min xidmət məntəqəsini birləşdirir. Pul köçürmələri seçilmiş xidmət növündən asılı olaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR