Suriya prezidenti Bəşər Əsəd ümumi amnistiya elan edib

Suriya prezidenti Bəşər Əsəd ümumi amnistiya elan edib
# 29 oktyabr 2013 19:05 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd oktyabrın 29-da ümumi amnistiya elan edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb. Qeyd edək ki, amnistiya 2013-cü ilin oktyabrın 29-dək törədilmiş bütün cinayətlərə şamil edilir.

Qeyd edək ki, Əsəd bu ilin aprelin 16-da da ümumi amnistiya elan etmişdi.

Bundan əvvəl isə amnistiya 2012-ci ilin yanvarında elan olunmuşdu, lakin o hökumət əleyhinə çıxışlarda iştirak edən şəxslərə şamil edilərək məhdud xarakter daşımışdı.

Qeyd edək ki, bu gün həmçinin Suriyanın baş nazirinin müavini Qədri Cəmilin istefaya göndərilməsi barədə xəbər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR