Nazir Əli Abbasov: “Veb-kameraların quraşdırılması seçkilərdə şəffaflıq məsələsinə kömək edəcək”

Nazir Əli Abbasov: “Veb-kameraların quraşdırılması seçkilərdə şəffaflıq məsələsinə kömək edəcək”
# 27 sentyabr 2013 10:22 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Bəzən müşahidəçilər seçkilərdə şəffaflıqla bağlı müxtəlif fikirlər bildirirlər. Ancaq veb-kameraların quraşdırılması bu problemin aradan qaldırılmasına kömək edəcək”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov verib.

O deyib ki, tətbiq olunacaq bu proqram vasitəsilə seçicilərin aktivliyini də birbaşa kameralar vasitəsilə izləmək mümkün olacaq: “Hesab edirəm ki, MSK-nın prezident seçkiləri ilə bağlı İKT-nin tətbiqində məqsədi də şəffaflığın artırılmasıdır. Əksər hallarda seçki prosesində müşahidəçilərlə bağlı bir sıra problemlər yaranır. Ancaq indi MSK-da elə bir şərait yaradılıb ki, bu sistem vasitəsilə istənilən adam seçki müşahidəsi apara biləcək”.

O qeyd edib ki, görülən bütün bu işlər seçki prosesində şəffaflığın artırılmasına gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR