İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul edəcək
# 04 noyabr 2013 11:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, adı çəkilən rayonların vətəndaşları ilə görüş noyabrın 8-də baş tutacaq.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Gədəbəy rayon Mədəniyyət Evində (Gədəbəy şəhəri, H.Əliyev prospekti,2) təşkil olunacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin elektron poçt ünvanı ([email protected]) və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Gəncə-Qazax regional bölməsi (Gəncə şəhəri, Heydər Əliyev Meydanı, inzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (050) 395 91 97, (022) 256 02 32, e-mail: [email protected]) vasitəsilə müraciət edə bilər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və «Facebook» səhifələrində xüsusi olaraq yaradılmış «İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət» bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR