Akademik Cəlal Əliyev ABŞ jurnalının fəxri üzvü seçilib

Akademik Cəlal Əliyev ABŞ jurnalının fəxri üzvü seçilib
# 12 fevral 2014 16:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun “Bioloji məhsuldarlığın fundamental problemləri” şöbəsinin müdiri, akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “Bioinformatika və müqayisəli genomiks” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla bağlı jurnalın baş redaktoru Dr. Paul Andersondan məktub daxil olub. Jurnalda bioinformatika və genomiksin bütün istiqamətləri, o cümlədən, klassik aspektlərlə yanaşı, müasir tədqiqatlar və yeni metodlarla bağlı tədqiqatlar çap edilir.

Akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda riyazi biologiya və bioinformatika elminin əsasının qoyulması, inkişaf etdirilməsi və bu istiqamətlərdə kadrların hazırlanmasında əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Azərbaycanlı alimin biologiya elminin aparıcı sahəsi üzrə mötəbər jurnalın redaksiya heyətinin fəxri üzvü seçilməsi elminin böyük uğurudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR