Bakıda "Kia Cerato" qəzet köşkünə çırpılıb - FOTOSESSİYA - VİDEO

Bakıda "Kia Cerato" qəzet köşkünə çırpılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 mart 2014 01:16 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nəsimi rayonunda sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən qəza baş verib. "Kia Cerato" markalı avtomobil Rəşid Behbudov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək qəzet köşkünə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "KİA"nın sürücüsünün hərəkət zolağının sol tərəfində digər bir avtomobil tərəfindən sıxışdırılması olub. "KİA"nın sürücüsü qarşıda hərəkət edən avtobusu vurmamaq üçün sürəti artıraraq hərəkət zolağının sağına keçmək istəyərkən idarəetməni itirib.

Hadisə nəticəsində sürücü və sərnişini yüngül bədən xəsarətləri alıblar. Əraziyə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəlib. Qəzanın əsl səbəbi Nizami və R.Behbudov küçəsinin kəsişməsindəki müşahidə kamerasının qeyd etdiyi görüntülərə baxış keçirildikdən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR