Bakıda daha bir «Nar» Diler Mərkəzi açılıb

Bakıda daha bir «Nar» Diler Mərkəzi açılıb
# 04 noyabr 2013 14:11 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçilərin rahatlığını təmin etmək məqsədilə diler mərkəzlərinin şəbəkəsini genişləndirir. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhərinin tarixi mərkəzində - İstiqlaliyyət küçəsi,43 ünvanında açılan yeni «Nar» Diler Mərkəzi artıq müştərilərə xidmət göstərməyə başlayıb.

Yerləşdiyi ərazinin rahatlığı, göstərdiyi xidmətlərin çeşidliliyi ilə diqqət çəkən yeni mərkəz «Nar Mobile» mobil operatorunun Bakı və Abşeron yarımadası ərazisində fəaliyyət göstərən sayca 45-ci mərkəzi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR