Azərbaycanda magistral kəmərlərlə qazın nəqli artıb

Azərbaycanda magistral kəmərlərlə qazın nəqli artıb
# 26 noyabr 2013 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 36,2 mln. ton neft nəql edilib. «APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.

Nəqletmənin 3/4 hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-oktyabr aylarında bu kəmər vasitəsilə 27,4 mln. ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,4 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Magistral qaz kəmərləri ilə 16,2 mlrd. kubmetr qaz nəql edilib. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə isə 3,8% çoxdur.

Nəql edilmiş qazın 23,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3,8 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR