Gürcüstanda prezident seçkiləri keçirilir - VİDEO - FOTO

Gürcüstanda prezident seçkiləri keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 27 oktyabr 2013 09:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bu gün yerli vaxtla saat 8.00-da bütün ölkə üzrə 3700 məntəqədə səsverməyə start verilib.

Səsvermə saat 20.00-da başa çatacaq.

Ölkə üzrə 3,5 milyon seçici səsvermə hüququndan istifadə edə bilər. Xaricdə isə 52 məntəqədə 48,5 Gürcüstan vətəndaşı səs verə biləcək.

Prezidentlik postu uğrunda 21 nəfər mübarizə aparır. Əsas mübarizənin isə baş nazir Bidzina İvanişvilinin rəhbəri olduğu hakim “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze və prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkatın namizədi David Bakradze arasında gedəcəyini proqnozlaşdırılır.

Seçkiləri çoxsaylı yerli və xarici müşahidəçilər izləyir.

İlkin nəticələrin oktyabrın 28-də, rəsmi nəticələrin isə səsvermə günündən 20 gün ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR