Şamaxıda bankomat və mağaza qarət edilib - VİDEO

Şamaxıda bankomat və mağaza qarət edilib - <span style="color: red;">VİDEO
# 16 noyabr 2013 17:46 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunun Göylər kəndində oğurluq hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə kəndin mərkəzində yerləşən qarışıq mallar mağazada qeydə alınıb. Naməlum şəxslər mağazanın pəncərəsindəki dəmir çərçivəni sındıraraq içəri daxil olub və oradakı bankomatın arxasındakı pul seyfinin qapısını özləri ilə gətirdikləri qaynaq aparatı ilə əridib.

Seyfi açan oğrular içindəki pulları götürüb və izi itirmək məqsədi ilə mağazanı yandırıb. Qarətçilər özləri ilə gətirdikləri qaynaq aparatını və qaz balonunu işlək vəziyyətə qoyaraq mağazanı tərk edib.

Bankomatın və mağazanın təhlükəsizlik kameraları yararsız hala salınıb. Mağaza sahibinin sözlərinə görə, qarətçilər bankomatdan götürdükləri pullardan başqa onun əmlakına da 5000 manat maddi ziyan vurub. Belə ki, oğrular mağazadan geyim, qida məhsulları və telefon danışıq kartları aparıb. Bankomatda nə qədər pulun olduğu və oğurluğun kimlər tərəfindən həyata keçirildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR