Şəmkirdə qətl törədilib

Şəmkirdə qətl törədilib
# 15 mart 2014 15:34 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda qətl hadisəsi baş verib. Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün rayonun Qapanlı kəndində qeydə alınıb. Kənd sakini - 1964-cü il təvəllüdlü Telman Əliyev münaqişə zəminində həmkəndilsi və qonşusu - 1953-cü il təvəllüdlü Fədail Qurbanov güllə ilə vuraraq öldürüb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Telman Əliyev saxlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR