Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 15% artıb

Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 15% artıb
# 21 oktyabr 2013 10:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində dövlət sosial sığorta sistemində fərdi hesaba malik olan sığortaolunanların sayı artıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 1 oktyabra olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayında 14,7% artım qeydə alınıb.

Bu ilin ötən 9 ayı ərzində Fond tərəfindən əlavə olaraq 370 954 sığortaolunana sosial sığorta nömrəsi verilərək, onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 637 028 min nəfərə yüksəlib ki, onların da 58,6%-ni kişilər, 41,4%-ni isə qadınlar təşkil edir.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,9%-ni 30 yaşa kimi vətəndaşlar, 23,5%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 22,7%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 20,3%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.


Xatırladaq ki, 2006-cı ilin yanvar 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR