Beynəlxalq Böhran Qrupu: ABŞ-ın Suriyaya hərbi zərbələri Suriya xalqının maraqlarına cavab vermir və bütün regionda zorakılığın eskalasiyasına səbəb ola bilər

Beynəlxalq Böhran Qrupu: ABŞ-ın Suriyaya hərbi zərbələri Suriya xalqının maraqlarına cavab vermir və bütün regionda zorakılığın eskalasiyasına səbəb ola bilər
# 02 sentyabr 2013 13:41 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Əgər Vaşinqton Konqresin təqdir edəcəyi halda bir neçə müttəfiqi ilə Suriyaya hərbi zərbələr endirsə, bu addımlar Suriya xalqının maraqlarından çox uzaq olacaq”. APA-nın məlumatına görə, bu fikirləri Beynəlxalq Böhran Qrupunun Suriya ətrafında vəziyyətə həsr olunmuş bəyanatında öz əksini tapıb.

BBQ ekspertlərinin fikrincə, ABŞ administrasiyası bu kimi addımları dinc əhaliyə qarşı kimyəvi silah tətbiq edilməsinin qarşısını almaq və bu addımı atanları cəzalandırmaqla əsaslandırır: “Lakin suriyalılar bunsuz belə münaqişənin gedişində kütləvi cinayətlərdən kifayət qədər əziyyət çəkib, lakin heç kim onların kollektiv müdafiəsinə qalxmayıb. Bütün addımlarda prioritet – Suriya xalqının rifahı olmalıdır. Və ABŞ-ın hərbi zərbələrinin nəticələrini demək olar ki, proqnozlaşdırmaq mümkün olmayacaq. “ABŞ-ın 2003-cü ildə İraq soxulmaq üçün yalançı bəhanədən istifadə etdiyini, Suriya münaqişəsinə nəzərən regional və beynəlxalq qütbləşməni nəzərə alsaq, Vaşinqtonun bu dəfə təqdim etdiyi sübutlar şübhələri dağıtmağa imkan verməyəcək. ABŞ-ın hərbi zərbələri Suriyada, eləcə də regionda və dünyada zorakılığın eskalasiyasına, məsələn İran və ya “Hizbullah”ın İsrailə qarşı cavab addımlarına səbəb ola bilər”.

Bəyanatda qeyd olunur ki, hərbi həll yolunun yeganə alternativi Suriyanı böhrandan çıxarmaq üçün siyasi və diplomatik prosesin aktivləşdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR