Əlaəddin Burucerdi: “ABŞ İranın nüvə fəaliyyətlərini siyasiləşdirir”

Əlaəddin Burucerdi: “ABŞ İranın nüvə fəaliyyətlərini siyasiləşdirir”
# 22 iyul 2013 09:08 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Biz ABŞ prezidenti Barak Obamanın ən qısa zamanda ölkəsinin İrana qarşı tətbiq etdiyi sanksiyalara yenidən baxacağını və mövqeyində dəyişikliyə gedəcəyini arzu edirik”. APA-nın məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi bildirib.

Onun sözlərinə görə, ABŞ konqresmenləri prezident seçkilərindən sonra İranla münasibətlərə müsbət yanaşır: “Ancaq Obama hakimiyyəti seçkilərdən sonra da İrana qarşı sanksiyalar tətbiq edib”.

Ə.Burucerdi həmçinin ABŞ-ı İranla münasibətlər barədə qeyri-sabit mövqeyə malik olmaqla da günahlandırıb: “Konqresmenlərin İranla müzakirələrə başlamaq barədə B. Obamaya məktubu diqqət yetirilməsi lazım olan bir hadisədir. Bu mövqe dəyişikliyinin müvəqqəti və ya zamanın tələbinə uyğun olaraq atıldığının müəyyənləşdirmək üçün İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasında da geniş müzakirə edəcəyik”.

İranlı deputat deyib ki, H.Ruhani beynəlxalq arenada yeni bir atmosfer yaradacaq: “İranın yeni prezidentinin öz vəzifəsinin icrasına başlamasından sonra beynəlxalq arenada yaşanacaq vəziyyət artıq İranın nüvə məsələsinin həlli və bu ölkəyə qarşı qoyulmuş sanksiyaların aradan qaldırılmasında təsirli olacaq”.

Eyni zamanda Ə.Burucerdi İranın nüvə məsələsində ABŞ-ı əsas itirən tərəf sayıb: “ABŞ xarici ölkələrin arasında özü bu nəticəni əldə edib və nəticədə nüvə müzakirələri çıxılmaz vəziyyətə düşüb. Bu vəziyyət də ABŞ-ın xeyrinə deyil. Amerikalılar İranın nüvə fəaliyyətlərinin sülh məqsədli olduğunu yaxşı bilirlər və prosesin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında, həmçinin Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması müqaviləsinin (NPT) qanunları çərçivəsində olduğunu etiraf edirlər. Ancaq bununla belə, ABŞ İranın nüvə fəaliyyətlərini siyasiləşdirir”.

İranlı deputat AEBA-nı da tənqid edib: “Agentliyin NPT üzvü olan İranın nüvə ehtiyacları ilə bağlı mövqeyi yanlışdır. Çünki AEBA NPT üzvü olan hər bir ölkəyə ehtiyac duyduğu yardım və informasiyanı vermək məcburiyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR