Bakı-Şamaxı yolunda 7 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb

Bakı-Şamaxı yolunda 7 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb
# 29 dekabr 2013 08:03 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, baş verən hadisə ilə bağlı İdarənin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün saat 15:30 radələrində Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Ağsu rayonun Qasımbəyli kənd sakini 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90-BC-517 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Rəsulov Nurlan Ədalət oğluna məxsus 90-KU-103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində 7 nəfər dünyasını dəyişib, bir nəfər ağır xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR