Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi bəzi hərbi texnikalar «Azərbaycan 10 il» sərgisində nümayiş olunacaq - FOTOSESSİYA

Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi bəzi hərbi texnikalar «Azərbaycan 10 il» sərgisində nümayiş olunacaq  - <span style="color: red;">FOTOSESSİYA
# 18 sentyabr 2013 16:30 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan mühəndisləri tərəfindən yaradılmış kəşfiyyat döyüş maşını, Azərbaycanda modernləşdirilmiş BTR-70, BRDM tipli kəşfiyyat maşını, CAR-ın «Paramount Group» şirkəti ilə birgə istehsal edilmiş «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri sərgilənəcək.

Bununla yanaşı, MSN tərəfindən istehsal edilmiş «Gürzə» patrul maşını, tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış «Əqrəb» adlı maşın da təqdim olunacaq.

Sərgidə ayrıca olaraq MSN və İsrailin «Aeronautics Defense» şirkətinin birgə təsis etdiyi «Azad Systems Co» müəssisəsinndə istehsal edilən «Orbiter-2M» tipli mini, «Aerostar» tipli taktik pilotsuz uçuş aparatı, onların idarəetmə stansiyaları əyani şəkildə sərgilənəcək. Sərgidə MSN tərəfindən istehsal edilən aviasiya bombaları və digər məhsullar barədə məlumatlar da təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR