Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başlayıb

Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başlayıb
# 14 oktyabr 2013 10:24 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, zəvvarlarımız buna qədər artıq Peyğəmbərimizin ilk həyat yoldaşı Həzrəti Xədicə və Həzrəti Əlinin atası Əbu Talibin dəfn olunduqları məzarlığı ziyarət ediblər. Bu gündən isə Mina və Ərəfata çıxmağa başlayıblar.

Zəvvarlar 25 kilometrlik səfərin ardından əvvəl Minaya, ardından Ərəfata gedir. Kimisi bu gündən Ərəfata gedərkən, kimisi də Peyğəmbər Əfəndimizin sünnəsini yerinə yetirmək məqsədilə Minada qalır. Təhlükəsizlik qüvvələri havadan və qurudan zəvvarların təhlükəsizliyini təmin edir. Hacı namizədləri Mina və Ərəfatda yerləşəcəyi çadırlara yerləşdirilir. Ərəfatdan sonrakı dayanacaq Müzdəlifə olacaq.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətində 3700 zəvvar iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR