Bakıda «Avtovağzal» və «Cavadxan» metro stansiyaları arasındakı birləşmə dəhlizinin inşası başa çatır

Bakıda «Avtovağzal» və «Cavadxan» metro stansiyaları arasındakı birləşmə dəhlizinin inşası başa çatır
# 31 oktyabr 2013 13:35 (UTC +04:00)

«Memar Əcəmi-2» stansiyası Yaşıl xəttə keçid funksiyası daşıyacaq. Artıq əraziyə eskalatorlar daşınıb və onların quraşdırılması üçün tezliklə ilkin quraşdırma meydançası tam təhvil veriləcək.

Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, burada «Thyssen Krupp» şirkətinin 16 eskalatoru quraşdırılacaq. Burada eskalatorların dəmir-beton konstruksiyasının qurulmasına da başlanılıb.

Artıq kompleksin ümumi uzunluğu 167 metrə yaxın olan stansiyanın inşa olunduğu ərazidə abadlıq işlərinə start verilib.

Təhlükəsizlik tədbirləri sırasında yeni xətlərin stansiyalarında həm də yanğından mühafizə sistemləri quraşdırılıb. Stansiyada qurulacaq avadanlıqlardan əlavə, həm də giriş-çıxışlara paralel hazırlığı təmin ediləcək yanğından mühafizə təyinatlı xidməti pilləkənlər də nəzərə alınıb. Texniki mərtəbədə elektrik yarımstansiyası, ventilyasiya otaqları, rele otaqları və s. kimi texniki xidmət sahələri yerləşəcək.

Bənövşəyi xətdən Yaşıl xəttə keçid funksiyasını daşıyacağından «Memar Əcəmi» stansiyasına keçid məsələləri də həllini tapmalıdır. Bu səviyyədə əsas işlər artıq görülüb. İki stansiya arasındakı birləşmə dəhlizinin tikintisi başa çatdırılıb, izolyasiya və müvafiq bərkitmə yerinə yetirilib.

Qeyd edək ki, Bakı Metropolitenində ilk dəfə məhz bu stansiyadan başlayaraq, müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Orta hündürlüyü 30,5 metr olan stansiyanın, yerləşdiyi ərazinin relyefinə görə bir tərəfi 5, digər hissəsi 4 mərtəbəlidir. Mərtəbələrin orta hündürlüyü 5, mərtəbələrarası örtüyün qalınlığı 1,8 metrə çatır. Ümumən 3 çıxışı olacaq stansiyanın Yaşıl xəttə bir keçid dəhlizi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR