Azərbaycanın bəzi yerlərində havanın temperaturu 35 dərəcəyə yüksələcək - VİDEO

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 35 dərəcəyə yüksələcək - <span style="color: red;">VİDEO
# 15 may 2014 10:17 (UTC +04:00)

Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 15-18, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən mülayim, sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR