İranın Azərbaycandakı səfiri: “İran və ABŞ prezidentləri arasında telefon danışığı qarşılıqlı etimad yaradılması təşəbbüsünün başlanğıcı ola bilər”

İranın Azərbaycandakı səfiri: “İran və ABŞ prezidentləri arasında telefon danışığı qarşılıqlı etimad yaradılması təşəbbüsünün başlanğıcı ola bilər”
# 30 sentyabr 2013 08:14 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən məlumatına görə, Möhsün Pak Ayin deyib ki, bu telefon danışığı qarşılıqlı etimad yaradılması təşəbbüsünün başlanğıcı ola bilər: “Əgər proses davam edərsə, hər iki ölkənin xeyrinə ola bilər”.

Səfir vurğulayıb ki, İranla ABŞ-ın qarşılıqlı etimad yaratmaq prosesinə maneə sionist lobbisi və ABŞ mühafizəkarlarıdır: “ABŞ-ın mühafizəkarların təsiri altına düşməməsi qarşılıqlı etimad yaratmaq prosesini gücləndirə bilər”.

Möhsün Pak Ayin həmçinin ABŞ-ın region və İran məsələlərinə düzgün yanaşmasını dünya sülhü üçün vacib sayıb: “Amerikalıların 34 ildən sonra İranın hədələrə təslim olmamasını başa düşməsi müsbət dəyərləndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR