Bakıda döyüş sursatı aşkarlanıb - VİDEO

Bakıda döyüş sursatı aşkarlanıb - <span style="color: red;">VİDEO
# 05 dekabr 2013 21:34 (UTC +04:00)

Bakı-APA. Bakıda döyüş sursatı aşkarlanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, döyüş sursatı paytaxtın Yasamal rayonunda aşkarlanıb. Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Əraziyə baxış keçirilərkən müəyyən olmuşdur ki, 1 ədəd 82 millimetrlik mina atan mərmi döyüş tətbiqinə tam yararlıdır. Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanmış sursatı ərazidən uzaqlaşdıraraq zərərsizləşdiriblər. Əməliyyat saat 20:23-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR