Azərbaycan prezidenti Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Azərbaycan prezidenti Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb
# 30 iyun 2014 15:32 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə Prezidentin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR