«Bank Silk Way»in faiz mənfəəti 53% artıb

«Bank Silk Way»in faiz mənfəəti 53% artıb
# 28 yanvar 2014 13:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Silk Way» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 19,391 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 30,2% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 41,0% artaraq 11,730 mln. manata çatıb.

Bankın hesabatına əsasən, ötən il ərzində bank 2,6 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 34,4% azdır.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 14,114 mln. manat, qeyri-faiz gəlirləri 5,277 mln. manat, faiz xərcləri 4,314 mln. manat, qeyri-faiz xərcləri isə 7,416 mln. manat olub. Nəticədə, 2013-cü ildə bankın faiz mənfəəti 53,1% artaraq 9,8 mln. manata çatıb. Qeyd edək ki, ötən il bankın qeyri-faiz zərəri 2,139 mln. manat təşkil edib, 2012-ci ildə isə 0,213 mln. manat həcmində qeyri-faiz mənfəəti müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR