Yadigar Sadıqovun məhkəmə istintaqı başa çatıb

Yadigar Sadıqovun məhkəmə istintaqı başa çatıb
# 04 dekabr 2013 11:36 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun cinayət işi üzrə məhkəmə iclası öz işini davam edib.

APA-nın cənub bürosunun məlumatına görə, hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə əsasən şahidlər dindirilib. Bununla da məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Növbəti proses dekabrın 12-nə təyin olunub.

Qeyd edək ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən saxlanılıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR