Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar
# 22 may 2013 12:14 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Daşkəsəndə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Əsgər Əmirov Seymur Mahir oğlu düşmən tərəfindən açılan atəş nəticəsində sol ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, S. Əmirov Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR