Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,6% enib

 Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,6% enib
# 24 oktyabr 2013 06:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 413 bəndədək, S&P 500 0,5% - 1 746 bəndədək, Nasdaq 0,6% - 3 907 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsi bir sıra iri şirkətlərin zəif maliyyə hesabatları fonunda baş verib.

Avropa fond bazarlarında oktyabrın 23-də FTSE 100 indeksi 0,3% - 6 675 bəndədək, Almaniya DAX-ı 0,3% - 8 920 bəndədək, Fransa CAC-40-ı isə 0,8% - 4 261 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 335,60 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3787 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR