Azərbaycanda dələduzluqda təqsirləndirilən vəkilə hökm oxunub

Azərbaycanda dələduzluqda təqsirləndirilən vəkilə hökm oxunub
# 22 oktyabr 2013 09:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarını qazanaraq dələduzluq etməkdə təqsirli bilinən vəkil Vaqif İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, V.İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb ev 24/2 ünvanında pasport qeydiyyatında olan Rəşid Həsənovdan 14 noyabr 2009-cu ildə Almaniyadan “Mercedes” markalı avtomobil gətirmək adı altında 10 000 ABŞ dolları alıb.


O, Bakı şəhəri, Zərdabi küçəsi, mənzil 16 ünvanında qeydiyyatda olan Ramiz Həşimovdan 12 fevral 2008-ci ildə 9300 ABŞ dollarını 10 faizlə alıb və pulun verilməsi barədə tərəflər arasında qəbz imzalanıb. Lakin Vaqif İsmayılov verdiyi vədlərə əməl etməyərək nə Rəşid Həsənovdan aldığı 10 000 manatın müqabilində avtomobili gətirib çıxarıb, nə də Ramiz Həşimovdan aldığı pulu geri qaytarıb. Bundan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayət əsasında Vaqif İsmayılov həbs edilib.


Vaqif İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (küllü miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR