Ukrayna Krımın işıq və suyunu kəsməyəcək

Ukrayna Krımın işıq və suyunu kəsməyəcək
# 24 mart 2014 20:42 (UTC +04:00)

Bakı – APA. Rəsmi Kiyev Krıma elektrik enerjisinin verilməsini dayandırmayacaq.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu beynəlxalq nüvə təhlükəsizliyi sammitinin kuluar görüşmələrində Ukrayna xarici işlər idarəsinin rəhbəri Andrey Deşşitsa bəyan edib.

“Krımda bizim vətəndaşlar yaşayır və biz oranın elektrik enerjisi və su təchizatını bağlamayacayıq”, - deyə Deşşitsa bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR