DİN: Xaçmazda kütləvi heyvan qalıqlarının aşkarlanması faktı ciddi nəzarətə götürülüb

DİN: Xaçmazda kütləvi heyvan qalıqlarının aşkarlanması faktı ciddi nəzarətə götürülüb
# 15 yanvar 2014 10:36 (UTC +04:00)

Bu barədə APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. O, qeyd edib ki, həmin fakt aidiyyəti dövlət qurumları, həmçinin daxili işlər orqanları tərəfindən ciddi nəzarətə götürülüb və hazırda bununla bağlı araşdırma aparılır: “Araşdırmalar zamanı həmin hadisədə hər hansı kriminal fakt və cinayət əməli aşkar edilərsə, ona uyğun olaraq hüquqi tədbirlər görüləcək”.

Qeyd edək ki, ötən gün Xaçmaz rayonunun Qımıl kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR