Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub
# 27 fevral 2014 09:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Rusiya Federasiyasında axtarışda olan şəxs Azərbaycanda tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, Quba Rayon Polis Şöbəsinin və rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çelyabinsk vilayəti Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan Tehran Osmanov tutulub.

Saxlanılan şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR