Ukraynanın NATO-dakı nümayəndəsi: “NATO qoşunları Krımda olmayacaq”

Ukraynanın NATO-dakı nümayəndəsi: “NATO qoşunları Krımda olmayacaq”
# 14 mart 2014 19:20 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın NATO-dakı missiyasının nümayəndəsi İqor Dolqov Brüsseldə, Şimali Atlantika Şurasının iclasından sonra bəyan edib.

Tədbirdə Rusiya istisna olmaqla, Şimali Atlantika Şurasına daxil olan ölkələr yekdilliklə Ukraynanın ərazi bütövlüyünü tanıyıb və martın 16-da Krımda keçiriləcək referendumu qanuna zidd olduğunu bildiriblər.

“Ukrayna NATO-nun üzvü deyil. Ona görə də Krımdakı böhranın nizamlanmasında NATO qüvvələri iştirak edə bilməzlər. Bunun üçün hüquqi əsaslar mövcud deyil”, - deyə Dolqov bildirib.

Onun sözlərinə görə, Ukraynanın təşəbbüsü ilə Şimali Atlantika Şurasının növbədənkənar iclasının çağırılması təşkilatın iyirmi illik tarixində ilk dəfədir ki baş tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR