ABŞ dövlət katibi: “İrana qarşı yeni sanksiyalar bu ölkə ilə əldə olunmuş razılaşmanı təhlükə altında qoya bilər”

ABŞ dövlət katibi: “İrana qarşı yeni sanksiyalar bu ölkə ilə əldə olunmuş razılaşmanı təhlükə altında qoya bilər”
# 14 noyabr 2013 09:40 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ABŞ dövlət katibi Konqresə xəbərdarlıq edib.

APA-nın “Press TV”yə istinadən məlumatına görə, Con Kerri noyabrın 13-də ABŞ Senatında bildirib ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi bu ölkə ilə əldə olunmuş razılaşmanı təhlükə altında qoya bilər: “ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi İran xalqının aparılan müzakirələrlə bağlı nikbin olmamasına gətirib çıxara biləcək. Biz İranla müzakirə apardığımız şəraitdə ABŞ Konqresi tərəfindən bu kimi qərarların qəbul edilməsi İranla əldə olunmuş razılaşmaya tamamilə xələl gətirəcək”.

ABŞ dövlət katibi hər kəsi sakitliyə çağıraraq, reallıqların diqqət mərkəzinə alınmasının vacib olduğunu deyib: “İranla aparılan müzakirələrdən əldə olunan şeylər barədə düşünmək lazımdır. Müzakirələrin nəticə əldə olunması istiqamətində addımlamaq vacibdir”.

C.Kerri öncə ABŞ Senatının bank işləri üzrə komitəsi ilə gizli iclas keçirərək, İran əleyhinə yeni sanksiyaların tətbiq edilməsi haqda xəbərdarlıq etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR