Müəllimlərin Sınaq Qiymətləndirilməsinə aid nümunəvi testlər açıqlanıb

Müəllimlərin Sınaq Qiymətləndirilməsinə aid nümunəvi testlər açıqlanıb
# 29 may 2014 15:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müəllimlərin Sınaq Qiymətləndirilməsinə aid nümunəvi testləri açıqlayıb.

BŞTİ-dən APA-ya verilən xəbərə görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi keçiriləcək.

Bu məqsədlə Bakının 12 rayonunda müəllimlərlə görüşlər keçirilmiş, suallar cavablandırılıb.

Müəllimlərlə görüşlərdəki istəkləri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, İdarənin rəsmi “Facebook” səhifəsinə daxil olan çoxsaylı sualları nəzərə alaraq Sınaq Qiymətləndirilməsini əhatə edən fənlər üzrə bir neçə nümunə təqdim edilib. Nümunəvi testləri BŞTİ-nin “Facebook” səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, tezliklə riyaziyyat, fizika, GÇQH, fiziki tərbiyə, təsviri incəsənət və Rəsmxətt ixtisasları üzrə suallar da əlavə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR